Menu

"WikiLeaks" MKİ-nin yeni arxiv materiallarını dərc edib

08.03.2017, 22:16

wikileaksAzPolitika.info xarici KİV-ə istinadla xəbər verir ki, «WikiLeaks» Mərkəzi Kəşfiyyat İdarəsinin (MKİ) yeni gizli arxiv materiallarını dərc editb.«The Independent» nəşrinin yazdığına görə, bu arxiv «Sığınacaq-7» adı alıb və 8700-dən artıq materialı özündə cəmləşdirir. Materiallar MKİ-nin bütün haker resursları barədə informasiyaya malikdir.

«WikiLeaks»-da qeyd ediblər ki, MKİ de-fakto özünün haker arsenalı üzərində nəzarəti itirib. Bu isə bütün dünya üzrə çoxsaylı kompüterlər üzərində nəzarət qurmağa imkan verir.

Söhbət o proqramlardan gedir ki, onların köməyi ilə «İOS» və «Android» idarəçiliyi altında olan telefonlara, «Windows» idarəçiliyi altındakı kompüterlərə və «Samsung» şirkətinin «ağıllı» televizorlarına giriş əldə etmək mümkün olur.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol