Menu

İsmayıllıda polisə qumbara atdılar

10.03.2017, 20:25

Qumbara-eldeBu gün, martın 10-da polis İsmayıllı rayon sakini, F-1 qumbarası ilə silahlanmış Kazımov Zakir Əhəd oğlunu saxlamaq istəyərkən, cinayətkar özünü müdafiə etmək məqsədilə əlindəki qumbaranı kafenin ərazisinə atıb.

Virtualaz.org-a bu məlumatı Rayon Polis Şöbəsindən veriblər.

Mənbəyə görə, baş vermiş partlayış nəticəsində rayon sakini Səfa Məlikov ayağından yaralanıb. Onun vəziyyətinin sabit olduğu deyilir. Partlayış nəticəsində başqa zərərçəkən olmayıb.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol