Menu

Milli Məclisin işi bir ay uzadılıb

26.05.2014, 12:53
Milli Məclisin işi bir ay uzadılıb

Azərbaycan Milli Məclisinin bu il növbədənkənar xüsusi sessiyasının keçirilməsi barədə qərar qəbul olunub.

Parlamentdən APA-ya verilən məlumata görə, xüsusi sessiya yaz sessiyasının ardınca - iyun ayında olacaq.

Sessiya ərzində bir sıra komitə iclasları ilə yanaşı, iki plenar iclasın da keçirilməsi planlaşdırılıb və plenar iclaslar iyunun 13-dən sonra nəzərdə tutulub.

Xüsusi sessiyada keçiriləcək plenar iclasların tarixi və gündəliyi yaz sessiyası başa çatdıqdan sonra məlum olacaq.

Xüsusi sessiyasının keçirilməsi ilə bağlı qərar deputatların 2/3 hissəsinin müraciəti əsasında qəbul edilib.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol