Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində Seçkilərin Monitorinqi və Demokratiyanın Tədrisi Mərkəzinin rəhbəri Anar Məmmədli, qurumun icraçı direktoru Bəşir Süleymanlı və Könüllülərin Beynəlxalq Əməkdaşlığı İctimai Birliyinin rəhbəri Elnur Məmmədova hökm oxunub.

Virtualaz.org saytının məhkəmə prosesində iştirak edən müxbiri xəbər verir ki, Anar Məmmədli 5 il 6 ay, Bəşir Süleymanlı 3 il 6 ay müddətinə azadlıqdan məhrum edilib. Elnur Məmmədov isə 3 il 6 ay şərti həbs cəzası alıb.

------

Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində Seçkilərin Monitorinqi və Demokratiyanın Tədrisi Mərkəzinin həbsdə olan rəhbəri Anar Məmmədli və digərlərinin cinayət işi üzrə məhkəmə prosesi keçirilib.

APA-nın məlumatına görə, hakim Rauf Əliyevin sədrlik etdiyi iclasda

vəkillər çıxış edib. Onlar ittihamların əsassız olduğunu qeyd edərək təqsirləndirilən şəxslər barəsində bəraət hökmü çıxarılmasını məhkəmədən xahiş ediblər.

Daha sonra Anar Məmmədli, digər təqsirləndirilənlər - Bəşir Süleymanlı və Elnur Məmmədov son söz deyiblər. Onlar da təqsirlərinin olmadığını, ittihamlarla razılaşmadıqlarını qeyd edib, məhkəmədən bəraət hökmü çıxarmasını istəyiblər.

Məhkəmə hökmü elan etmək üçün müşavirəyə gedib.

Proses saat 16-da davam etdiriləcək.

Qeyd edək ki, dövlət ittihamçısı Anar Məmmədlinin 3 il müddətinə dövlət və yerli özünüidarəetmə orqanlarında vəzifə tutmaq hüququndan məhrum edilməklə 9 il, Bəşir Süleymanlı və Elnur Məmmədovun 2 il dövlət, yerli özünüidarəetmə orqanlarında vəzifə tutmaq hüququndan məhrum edilməklə 8 il 6 ay müddətinə azadlıqdan məhrum edilmələrini, sonuncu iki şəxsin məhkəmə zalında həbs olunmalarını istəyib.