Azərbaycan Yazıçılar Birliyinin mətbuat katibi Ədalət Əsgəroğlu dünən gecə saatlarında dünyasını dəyişib.
Birlikdən APA-ya verilən məlumata görə, Ədalət Əsgəroğlunun ölümünə səbəb infarkt olub.
Ədalət Əsgəroğlu 1957-ci ildə Göyçayda anadan olub. "Özüm qürbətdə, gözüm vətəndə", "Sabahını itirməyən adamlar", "Məmləkətim canım mənim..." və s. kitabların müəllifidir.
Allah rəhmət eləsin!


Şərhlər