Dünən ANS telekanalında teleaparıcı Rövşanə Bektaşinin “Bazar Səhəri Rövşanə ilə” verlişində Akademik Milli Dram teatrında aparılan işlər və baş verən narazılıqlarla bağlı məsələ müzakirə edilib.
AzNews.az xəbər verir ki, verilişə qonaq qismində xalq artisti, Akademik Milli Dram Teartrının aktyoru Ramiz Novruz və xalq artisti Kübra Əliyeva dəvət olunublar. Verliş zamanı digər mövzularla yanaşı, Akademik Milli Dram Teatrının aktyoru, əməkdar artist Əli Nurun çalışdığı qurumla bağlı mediada yayımlanan tənqidi fikirləri də müzakirə mövzusu olub. Ramiz Novruz Əli Nurun bu müsahibəsini tənqid edib və bildirib ki, teatırımız haqqında onun bu cür açıqlamaları yolverilməzdir və danışdıqları həqiqətə uyğun deyil.
Mənbənin verdiyi məlumata görə, məsələdən xəbərdar olan əməkdar artist Əli Nur dərhal ANS-ə gedib kanal rəhbərliyindən, onu da canlı yayıma qoşulmasını tələb edib. Ancaq telekanal rəhbərliyi bunun mümkünsüz olduğunu deyib. Əli Nur isə verliş qurtardıqdan sonra xalq artisti Ramiz Novruz və Rövşanə Bekatişi ilə görüşüb. Əli Nur ANS-də Ramiz Novruzun onun haqqında yalan və böhtan xarakterli məlumatlar səsləndirdiyinə, o cümlədən verlişdə müzakirələrə birtərəfli yanaşdığına görə aparıc Rövşanə Bektaşi ilə mübahisə edib. Mübahisənin böyüdüyünü görən Rövşanə Bektaşi dərhal hadisə yerindən uzaqlaşıb. Bundan sonra Əli Nurla Ramiz Novruz əlbəyaxa olublar.
Məsələ ilə bağlı sayt əməkdar artist Əli Nurla əlaqə saxlayıb. O məlumatın tam həqiqətə uyğun olduğunu söyləyib: “Həmkarım Ramiz Novruz ANS-də mənim haqqımda tənqidi və həqiqətə uyğun olmayan fikirləri səsləndirdiyi görən kimi dərhal kanala getdim. ANS rəhbərliyindən, məni də canlı yayıma qoşulmağımı tələb etdim və əks tərəf isə bunun mümkünsüz olduğunu bildirdi. Mən səbr edib Ramiz Novruzun verlişdən çıxmağını gözlədim. O verlişdən çıxan kimi mənimlə üzləşdi və mən özüm barəmdə Ramiz Novruz niyə yalan məlumatlar danışırsan sulanını verdim? Əks tərəf isə barəmdə danışmağı ifadələrdədə düzgün olduğunu mənə söylədi və aramızda dava düşdü ”.
Ə.Nur vurğulayıb ki, verilişdə Ramiz Novruz onun haqqında həqiqətə uyğun olmayan fikirlər səsləndirdiyinə görə məhkəməyə müraciət edəcək: “Ramiz Novruzov mənə şər-böhtan atdığına, xalq qabağında yalan informasiya verdiyinə, bununla belə ANS-nin Rövşanə Bektaşi də verilişə birtərəfli yanaşdığına görə hər ikisindən Yasamal rayon Məhkəməsinə verib, onlardan 100 min manat təzminat tələb edəcəm”.
***
Xalq artisti Ramiz Novruzov isə sözügedən hadisə ilə bağlı azxeber.com-a açıqlama verib:“Mən o verilişdə çıxış edərkən də dedim. Dedim ki, bəzi aktyorlar efirlərdən elə fikirlər səsləndirirlər ki, bunların çoxu həqiqətə uyğun deyil. Məsələn, deyirlər ki, 80-ci illərdə mən Akademik Milli Dram teatrına gəlməsəydim teatr çökərdi. Mən bu fikri səsləndirdim. Daha sonra veriliş bitdi və mən studiyadan dəhlizə çıxdım. Bu zaman Əli Nur mənə yaxınlaşdı və məni məhkəməyə verəcəyini dedi. O mənə, “səni məhkəməyə verib 2 milyon təzminat alacam” dedi. Mən də ona “belə də sənə 2 milyon verərəm, məhkəməyə niyə verirsən ki?” cavabını verdim. Sonra mən bilən o kanal rəhbərliyinin yanına getdi. Sözün düzü, mən bu fikri ümumi demişdim. Niyəsə o bunu öz üzərinə götürüb. Qaldı ki, bizim əlbəyaxa olmağımıza. Onu deyə bilərəm ki, belə bir şey olmayıb. Birincisi mən o əxlaqın sahibi deyiləm ki, tamaşaçılarımın önündə kiminləsə vuruşum. İkincisi də mən elə aciz adam deyiləm ki, kimsə məni ANS-də döyməyə cəhd etsin. Belə bir cəhd olsa mən onun qarşılığını verməyə hazır gücdəyəm”.

Şərhlər