Avropanın «demo-kratiyası» çat verir…
«AzPolitika.info»-nun xarici KİV-ə istinadla verdiyi xəbərə görə, Türkiyənin hakimiyyət dairələri Niderlandın İstambuldakı səfirliyini bloklayıb. Hətta, Niderland səfirinin rezidensiyası da bağlanıb. Türkiyə Xarici İşlər Nazirliyindəki (XİN) mənbəyə istinadla, bu barədə xəbəri «Röyter» agentliyi yayıb.
Mənbə qeyd edib ki, bu föqəladə tədbirlər yalnız təhləkəsizlik mülahizələrindən dolayı görülüb. Nazirlikdən bildiriblər ki, «Türkiyə sərhədlərindən kənarda məzuniyyət keçən Niderland səfirinin bir müddət öz vəzifəsinin irasına qayıtmasını arzu etmirlər».
Bundan əvvəl Niderland hökuməti Türkiyənin xarici işlər naziri Mövlud Çavuşoğlunun bu ölkəyə girişini qadağan edib, bir qədər sonra isə Niderland polisi Türkiyənin ailə və sosial siyasət naziri Fatma Qayanın avtomobilini sərhəddə saxlayaraq, onu ölkə ərazisinə buraxmayıb.
Niderlandın bu hərəkətlərinə cavab olaraq, Türkiyənin Rotterdamdakı baş konsulluğunun binası qarşısına bir qrup etirazçı toplaşıb.
Çavuşoğlu Niderlanda martın 11-də getməli və burada Türkiyə Konstitusiyasına ediləcək dəyişiklikləri dəstəkləyən mitinqə qatılmalı idi. Fatma Qaya da ona qoşulmağı planlaşdırmışdı.
Bu hərəkətlərinə görə, Türkiyə Prezidenti R.T.Ərdoğan Niderland hakimiyyətini «faşist» və «nasist qalıqları» adlandırıb. O, Niderlandı cavab tədbirləri ilə hədələyib.
Niderlandın Baş naziri Mark Ryügge isə Ərdoğanın sözlərini «bütün sərhədləri aşır» deyə, şərh edib.
Beləliklə, göründüyü kimi, yəhudilərin təxminən, bir əsr bundan əvvəl Avropaya «bəxş etdiyi» və hələ də insanların sensor sistemi ilə heç cür ayırd edilə bilməyən, ifrat abstrakt anlayış olan «demo-kratiya» görünməmiş sürətlə çat verməkdədir. Təxminən, 1 il bundan əvvəl Rusiyanın Prezidenti Vladimir Putin əbəs yerdə deməmişdi ki, «Avropa Birliyi çat verir…».
Bu çat, böyük sürətlə genişlənir…


Şərhlər