2017-ci ilin yanvar-fevral ayları ərzində vergi ödəyiciləri tərəfindən dövlət büdcəsinə 939 milyon 138,2 min manat məbləğində vəsait ödənilib və Vergilər Nazirliyi üzrə müəyyənləşdirilmiş proqnoz tapşırıqlarına 105,2% əməl olunub. Bu barədə “Marja”ya Vergilər Nazirliyindən bildirilib.
2016-cı ilin yanvar-fevral ayları ərzində Vergilər Nazirliyinin xətti ilə dövlət büdcəsinə 1 milyard 101 milyon 497,6 min manat vəsait daxil olmuş, proqnoz tapşırığına 101,3 faiz əməl edilmidi. Beləliklə, bu ilin 2 ayında, ötən ilin anoloji dövrü ilə müqayisədə vergi ödəyiciləri tərəfindən dövlət büdcəsinə təxminən 162 milyon manat az ödənilib.
Hesabat dövründə 68 172 vergi ödəyicisi qeydiyyata alınıb ki, bunun da 492-si ƏDV ödəyiciləridir.


Şərhlər