Menu

"Borussiya Dortmund" klubunun ofisi təxliyə edilib

15.03.2017, 22:49
"Borussiya Dortmund" klubunun ofisi təxliyə edilib

Dortmundun "Borussiya" futbol klubunun ofis binası içərisində ağ toz olan zərf səbəbindən təxliyə edilib.

"Report" xəbər verir ki, bu barədə "Ruhr Nachrichten" nəşri məlumat yayıb.

Yerli vaxtla 16:15-də binada naməlum əşyanın olması barədə polisə məlumat daxil olub. Polis binanın 5-ci mərtəbəsində içərisində naməlum tərkibli ağ tozun olduğu zərf aşkar edib. Zərfə toxunduğu ehtimal edilən bir neçə əməkdaş tibbi müayinəyə göndərilib.

Saat 17:45-də binanın mühasirəsi aradan qaldırılıb. Polisin məlumatına görə, zərfin içində şəkər tozu olub.

Çərşənbə günü "Borussiya" klubunun "Twitter"dəki hesabı hakerlər tərəfindən dağıdılıb.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol