Menu

Güləşçilərimiz Belarus idmançılarını məğlub ediblər

16.03.2017, 22:39
Güləşçilərimiz Belarus idmançılarını məğlub ediblər

İran İslam Respublikasının Abadan şəhərində yunan-Roma güləşi üzrə böyüklər arasında Dünya Kuboku yarışları start götürüb.

"Report" Azərbaycan Güləş Federasiyasına istinadən xəbər verir ki, yığma komandamız Türkiyə, Belarus və Ukrayna idmançıları ilə B yarımqrupunda mübarizə aparır.

Qrupda keçirilən ilk iki görüşdə güləşçilərimiz Türkiyə və Belarus yığmaları üzərində 5:3 hesablı qələbə qazanıb.

AZƏRBAYCAN - Türkiyə 5:3

59 kq - Rövşən Bayramov - Hammet Rustem 3:6 tuşe

66 kq - Kamran Məmmədov - Atakan Yüksel 2:6

71 kq - Həsən Əliyev - İ. Sönmez 1*:1

75 kq - Elvin Mürsəliyev - Emrah Kuş 3:1

80 kq - Rafiq Hüseynov - Aslan Atem 2:4

85 kq - İslam Abbasov - Metehan Başar 7:0

98 kq - Orxan Nuriyev - Cenk İldem 3:1

130 kq - Sabah Şəriəti - Ali Nail Arslan 2:0

AZƏRBAYCAN - Belarus 5:3

59 kq - Taleh Məmmədov - Maksim Kajarski 1:2

66 kq - Nofəl Babayev - Yaraslav Kardaş 8:0

71 kq - Həsən Əliyev - Pavel Liax 9:0

75 kq - Elvin Mürsəliyev - Yahor Kasiankou 10:2

80 kq - Rafiq Hüseynov - Radzik Kuliyeu 2:0

85 kq - İslam Abbasov - Mikalai Stadub 3:0

98 kq - Orxan Nuriyev - Yahor Yaskavets 7:8

130 kq - Sabah Şəriəti - Heorhi Çuhaşvili 0:5

AZƏRBAYCAN - Ukrayna (17 mart, saat 9:30)

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol