Menu

Ramin Hacılı "Rauf Mirqədirovun işi" üzrə ifadə verdi

27.05.2014, 15:38
Ramin Hacılı "Rauf Mirqədirovun işi" üzrə ifadə verdi

Azərbaycan Avropa Hərəkatının prezidenti Ramin Hacılı Baş Prokurorluğun Ağır Cinayətlərə Dair İşləri üzrə İstintaq İdarəsində həbsdə olan jurnalist Rauf Mirqədirova qarşı açılan cinayət işi üzrə ifadə verib.Bu barədə Teleqraf.com-a R.Hacılının özü məlumat verib. O, şahid qismində ifadə verib.

R.Mirqədirovun işilə bağlı bu günə qədər bir neçə jurnalist, QHT nümayəndələri ifadə veriblər. Aprelin 19-da Rauf Mirqədirov yaşadığı Türkiyə paytaxtı Ankaradan deportasiya edilib. Həmin gün təyyarə ilə Bakıya göndərilən jurnalisti MTN əməkdaşları tutub. O, 2008-ci ilin aprelindən etibarən Ermənistanın xüsusi xidmət orqanlarına işləmək motivi ilə dövlətə xəyanətdə ittiham olunur. Rauf Mirqədirov Sülh və Demokratiya İnstitutunun Ermənistan QHT-ləri ilə birgə çoxsaylı layihələrinin fəal iştirakçısı kimi dəfələrlə Ermənistana səfər edib, xalq diplomatiyası üzrə Azərbaycan-Ermənistan layihələrinə qatılıb.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol