Menu

"İran hər vəchlə amerikalıların planlarını pozmağa çalışır" - Ekspert

19.03.2017, 13:33

iran-_flag_tehran_030415ABŞ-ın İraq üçün beynəlxalq səfərbərlik elan etdiyini desək yanılmarıq.

Bu açıqlama ilə Yaxın Şərq Strateji Araşdırmalar Mərkəzinin eksperti Bilgay Duman bildirib.

"Son dövrlərdə BMT-nin İraqda humanitar yardım fəaliyyəti bunun bir göstəricisidir. Xüsusilə, İraqda sosial güzəşt və sülhün təmin edilməsi istiqamətində konkret addımlar atılır. ABŞ-ın İraq Baş naziri Heydər Abadini ayaqda saxlamaq üçün bütün addımlarını səfərbər etdiyini demək olar. ABŞ bununla İraqı İrana uduzmaq istəmir. İran isə hər vəchlə amerikalıların planlarını pozmağa çalışır." – Duman söyləyib. (Axar.az)

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol