“Aynar Məmmədovla bağlı istintaq, hələ ki, davam edir”. Bunu AzPolitika.info-ya açıqlamasında Daxili İşlər Nazirliyinin mətbuat katibi Orxan Mansurzadə nəqliyyat naziri Ziya Məmmədovun qardaşı oğlu, deputat Elton Məmmədovun oğlu Aynar Məmmədovun istinataqa cəlb olunması ilə bağlı məsələyə münasibət bildirərkən deyib.
Onun sözlərinə görə, istintaq davam etdiyi sürəcdə əlavə məlumat vermək ixtiyarı yoxdur: “Aynar Məmmədovla bağlı hər bir məlumatı müstəntiqdən soruşun”.
Aynar Məmmədovun DİN-ə çağırıldığı və ifadə verdiyi haqda məlumatın həqiqəti əks etdirib-etdirmədiyi barədə suala isə DİN sözçüsü belə cavab verdi: “Bunu Aynar Məmmədovun özündən soruşun”.
Qeyd edək ki, Ziya Məmmədov bu gün sensasiyalı açıqlama verərək idmançı Tural Bayramovdan təzyiq yolu ilə Aynar Məmmədovun əleyhinə açıqlama alındığını bildirib. Jurnalist Fərahim İlqaroğlunun döyülməsi işinin istintaqını isə DİN aparır.
O.Mənsurzadə bu barədə danışmaqdan imtina edib.
Ülkər Musazadə

Şərhlər