Menu

ABŞ-ın desant gəmisi Qara dənizə daxil oldu!

20.03.2017, 00:26
ABŞ-ın desant gəmisi Qara dənizə daxil oldu!

«AzPolitika.info»-nun xarici KİV-ə istinadla verdiyi xəbərə görə, Amerika Birləşmiş Ştatlarının (ABŞ) «USS Carter Hall (LSD 50)» desant gəmisi 24-cü dəniz-ekspedisiya qrupunun dəniz piyadaları ilə Qara dəniz sularına daxil olub. Gəmi Rumıniya ilə birgə «SPRING STORM 17» təlimlərində iştirak edəcək.

ABŞ hərbi-dəniz qüvvələri (HDQ) 6-cı donanmasının saytında xəbər verildiyi kimi, bu təlimlər ABŞ və Rumıniya hərbi hissələrinin birgə operativ fəaliyyətinin bir arada ola bilməsi səviyyəsinin qaldırılmasına və onların dayanıqlı münasibətlərinin möhkəmləndirilməsinə xidmət edir.

Mənzil-qərargahı İtaliyanın Neapol şəhərində yerləşən 6-cı donanma (ABŞ) birgə hərbi-dəniz əməliyyatlarının tam spektrini həyata keçirir və bunu tez-tez müttəfiqlərlə əməkdaşlıq şəraitində edir. Məqsəd isə ABŞ milli maraqlarının, Avropada və Afrikada təhlükəsizliyin qorunmasından ibarətdir.

ABŞ gəmisinin iştirakı ilə təlimlərin əsas fazası Rumıniyanın Konstantsa şəhəri yaxınlığına həyata keçiriləcək.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol