Menu

İranın ictimai telekanalı Azərbaycan peyki ilə yayımlanmağa başladı

21.03.2017, 18:02
İranın ictimai telekanalı Azərbaycan peyki ilə yayımlanmağa başladı

Azərbaycanın telekomunikasiya peyki "Azerspace-1" İranın TIN TV (Tasvir Iran TV) ictimai telekanalının proqramlarının yayımlarına başlayıb.Trend-in məlumatına görə, telekanal Ukraynanın "Ukrkosmos" operatorunun paketinə daxil edilib və 11043 MHz tezlikdə mümkündür.

Beləliklə, Azərbaycanın peyki ilə yayımlanan tele və radio kanallarının sayı 100-ü keçib.

Qeyd edək ki, Azərbaycanın birinci geostasionar peyki 2013-cü ilin fevralında 46° Şərq uzunluğunda yerləşən orbital mövqeyinə çıxarılmışdı. 2017-ci ildə ikinci telekommunikasiya peyki “Azerspace-2”nin 45° şərq uzunluğu orbital mövqeyinə çıxarılacağı gözlənilir.

Həmçinin "Azərkosmos" ASC-nin öhdəsində aşağı orbital peyk "Azersky" var. "Azersky" peyki Fransanın "Airbus Defense and Space" şirkətinin "SPOT-6" peyki ilə birgə qrup formatında yer kürəsinin məsafədən tədqiq edilməsi üzrə xidmətlərin göstərilməsi üçün istifadə olunur.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol