Menu

Gənc bloqqer 5 il yarım azadlıqdan məhrum edildi

27.05.2014, 21:29
Gənc bloqqer 5 il yarım azadlıqdan məhrum edildi

Mayın 27-də Ağır Cinayətlər Məhkəməsində gənc bloqqer Əbdül Əbilova 5 il yarım iş verilib.

"Facebook"dakı "Yaltaqlara "dur" deyək" səhifəsinin admini, blogger Əbdül Əbilov CM-nin 234.4.3-cü maddəsilə ittiham olunan blogger 5 il 6 ay azadlıqdan məhrum edilib. Əbilov «Facebook»da «Yaltaqlara dur deyək» səhifəsinin idarəçisi olub. Həbs ediləndən sonra həmin səhifə bağlanıb.

Bakı Ağır Cinayətlər Məhkəməsində keçirilən məhkəmə iclasında əvvəlcə Əbdül Əbilovun vəkili Xalid Bağırov müdafiə nitqilə çıxış edib. Məhkəmə istintaqı zamanı Əbdülə qarşı ittihamların təsdiqini tapmadığını, əksinə onun "facebook"dakı fəaliyyətinə görə şərlənməsinin sübut olunduğunu deyən vəkil bloggerə bəraət verilməsini istəyib.

Ə. Əbilov keçən ilin noyabrında həbs olunub. O, külli miqdarda narkotik maddə saxlamaqda, satmaqda ittiham olunub.

Bloqqerin vəkili Xalid Bağırov Azadlıq Radiosuna bildirib ki, onlar hökmü ədalətsiz sayırlar və apellyasiya şikayəti verəcəklər.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol