«AzPolitika.info»-nun xarici KİV-ə istinadla verdiyi xəbərə görə, Pentaqon Suriyada hərbi əməliyyatlar aparmaq üçün konqresdən xüsusi icazə istəyib.
Amerika Birləşmiş Ştatlarının (ABŞ) müdafiə naziri Ceyms Tettis Suriyada hərbi əməliyyatlar aparmaq üçün Pentaqona müstəsna səlahiyyət verən qətnamə qəbul etməyi konqresdən xahiş edib. Xəbəri «Anadolu» agentliyi yayıb.
2017-ci ilin hərbi büdcəsinin müzakirəsi zamanı Nyu-Meksikadan olan senator Tom Yudall qeyd edib ki, 2001 və 2003-cü illərdə qəbul olunmuş qətnamələr Əfqanıstanda və İraqda hərbi gücün tətbiqini reqlamentləşdirsə də, artıq Suriya üçün bunu nəzərdə tutmur.
Senatorun sözlərinə görə, uyğun qətnamənin olmadığı halda, bu gün Suriyada baş verənləri faktiki olaraq ölkənin işğalı adlandırmaq olar. Müdafiə naziri isə buna etiraz edib və deyib ki, ABŞ ordusunun fəaliyyəti heç vaxt işğala yönəlməyib.

Şərhlər