Bu gün Azərbaycanın bəzi rayonlarında intensiv yağıntı müşahidə edilib. ANS PRESS-in bölgə müxbirinin verdiyi məlumata görə, İsmayıllı rayonuna yağan yağış və dolu kənd təsərrüfatına ziyan vurub.

Güclü yağışla bərabər yağan dolu son nəticədə ağır fəsadlara yol açdı. 25 dəqiqə davam edən davam edən dolu findıq və qoz böyüklüyündə olub. Aramsız yağan yağış kənd təsərüfatına, taxıl məhsullarına ziyan vurub və meyvə ağaclarındakı meyvələrini məhv edib.

Dolu xüsüsən əkin sahələrinə - taxıl, yonca, arpaya və bağlarda meyvə ağaclarına ciddi ziyan vurub.

Əhali arasında qorxu və həyacan yaşanıb. Dolu güclü leysanla əvəz olunub. Ən çox yağıntı isə İsmayıllının mərkəzi ərazisində qeydə alınıb. Rayonlarda elektrik enerjisinin verilişində problemlər yaranıb. Bəzi kəndlərə enerji verilişi dayandırılıb. Təsərrüfatlara dəyən ziyanın miqdarı hələlik dəqiq bilinmir.

Qobustan rayonuna güclü dolu düşüb. Böyük ölçüdə olan dolu ayrı-ayrı təsərrüfat sahələrinə, evlərin və sosial obyektlərin dam örtüyünə, habelə avtomobillərə də xeyli ziyan vurub. Dam örtükləri, pəncərələr sınıb. Dolunun yağması təxminən 15 dəqiqə çəkib.

Ağaclarda meyvələrin, yarpaqların töküldüyü, taxıl zəmilərinə, otlaq sahələrinə də ciddi ziyanın dəydiyi bildirilir.

Qeyd edək ki, Qubada da şiddətli yağış yağıb. Leysan xarakterli yağış bir necə dəqiqiə davam edib.