Menu

Ermənilər Ağdamda hərbi təlim keçir

29.03.2017, 13:05
Ermənilər Ağdamda hərbi təlim keçir

Erməni silahlı qüvvələri işğal olunmuş Azərbaycan ərazilərində hərbi təlimləri davam etdirirlər.

APA-nın Qarabağ bürosunun xəbərinə görə, bu gün səhər saatlarından başlayaraq Ağdam rayonunun işğal altında olan “Uzundərə” adlı ərazisində hərbi təlimlər başlanıb.

Təlimlərdə ağır artilleriya qurğularından da istifadə edilir. Atəş səsləri cəbhəyanı yaşayış məntəqələrində aydın eşidilir.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol