Menu

İstintaq təcridxanasının əməkdaşı qadağan olunmuş dərmanla tutulub

29.05.2014, 17:13

Ədliyyə Nazirliyi Penitensiar Xidmətinin əməliyyat aparatının əməkdaşları tərəfindən həyata keçirilmiş axtarış-baxış tədbirləri nəticəsində Bakı İstintaq təcridxanasına qadağan olunmuş vasitənin keçirilməsinin qarşısı alınıb.

Penitensiar Xidmətin ictimaiyyətlə əlaqələr şöbəsindən APA-ya verilən məlumata görə, təcridxananın Tibb-sanitar hissəsinin feldşeri, tibb xidməti leytenantı Namiq Nağı oğlu Sultanovun müəssisəyə daxil olan zaman üzərindən 400 ədəd “Tramadol” həbləri aşkar edilərək götürülüb.

Fakt üzrə araşdırma aparılır.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol