Menu

Cəmil Həsənliyə qarşı növbəti təxribat

01.10.2013, 13:28

c-2Prezidentliyə namizəd Cəmil Həsənlinin sentyabrın 29-da “Bakı” kinoteatrında seçicilərlə görüşü zamanı baş verən insidentlə bağlı polis tərəfindən araşdırmalara başlanılıb. Bakı şəhər Baş Polis İdarəsindən APA-nın sorğusuna cavab olaraq bildirilib ki, sentyabrın 30-da Bakı şəhər sakinləri Polad Dünyamalıyev və Azər Əliyev Xətai rayon Polis İdarəsinin 34-cü Polis Bölməsinə ərizə ilə müraciət ediblər. Onlar ərizələrində prezidentliyə namizəd Cəmil Həsənlinin "Bakı" kinoteatrında seçicilərlə görüşündə səsləndirdiyi fikirlərə etiraz etdiklərinə görə döyüldüklərini bildiriblər.

Daxil olan şikayət ərizələri əsasında polis tərəfindən araşdırma aparılır.

Qeyd edək k, həmin görüşə göndərilən təxribatçılara məktəb direktorununu rəhbərlik etdiyi məlum olmuşdu. Onlar vətəndaşların təpkisi ilə zaldan çıxarılmışdı. Baş verənlər haisənin arxsında hakimiyyətin durduğuna işarə verir ki, bu da Cəmil Həsənliyə qarşı növbəti təxribat sayıla bilər.

Vaqif

AzPolitika.info

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol