Menu

ELDAR MAHMUDOVA ZƏNG! – Pərviz Həşimli sabiq nazirlə danışdı!

31.03.2017, 15:53

"Şərlədiyiniz Pərviz Həşimlidir, yəqin ki, unutmamısınız"

eldar-main

Vaxtilə MTN tərəfindən şərlənərək həbs olunan jurnalist Pərviz Həşimli sabiq nazir Eldar Mahmudovun telefon nömrəsini əldə edərək, ona zəng edib.

“AzPolitika.info”nun məlumatına görə, bu barədə Pərviz Həşimli “Facebook”da məlumat verib. Jurnalist bu mövzuya dair ilk postunda “Telefonu açmır hələki... Eldar Mahmudova ilk sualim nə olsun?” – deyə, ona zəng etdiyinin anonsunu verib.

Bir qədər sonra isə P.Həşimli artıq yazıb ki, Eldar Mahmudov özü onu arayıb: “Davamlı zənglərimdən sonra Eldar Mahmudov özü aradı.

"Bagışlayın, zəng etmisiz. Kimdir danışan?" deyə soruşdu.

"Şərlədiyiniz Pərviz Həşimlidir, yəqin ki, unutmamısınız" deyə ona özümü təqdim etdim.

"Eeee" deyərək, dəstəyi asdı...”

P.Həşimli “AzPolitika”ya bildirib ki, Eldar Mahmudovun özüylə danışdığına əmindir. Nömrənin onun istifadəsində olduğunu dəqiq bilir, amma bir daha əmin olmaq üçün özünü təqdim etməzdən əvvəl “Necəsiniz Eldar müəllim?”, deyə ona sual edib. Cavabında “Çox sağolun, təşəkkür edirəm” cavabını alıb.

Perviz03

Xatırladaq ki, MTN-in Antiterror Mərkəzi bəzi yüksək rütbəli məmurları müxalifətlə əlaqələndirmək üçün P.Həşimlini həbs etmişdi. Jurnalist, E.Mahmudovun işdən çıxarılmasından sonra azadlığa buraxılmışdı.

Rasim Əliyev

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol