«AzPolitika.info»-nun xarici KİV-ə istinadla verdiyi xəbərə görə, Suriyanın şimalında Suriya Demokratik Qüvvələri (SDQ) alyansına daxil olan kürd və ərəb silahlı dəstələrinə yeni partiya Amerika silah və sursatı gətirilib. İlk partiya silah-sursat, o cümlədən, 10 ədəd zirehlı maşın isə hələ cari ilin yanvarında gətirilmişdi.
Silah-sursatla yüklü nəqliyyat karvanı İraq Kürdüstanından Racavaya («Suriya Kürdüstanı»), Rakkaya hücum ərəfəsində gəlib çatıb. Rakka - «İslam dövləti» qruplaşmasının «qalası» sayılır. Bu xəbəri kürd peyk telekanalı «Rudau» yayıb.
Mənbə qeyd edib ki, karvana həm də bir neçə zirehli maşın daxil olub və o, ABŞ hərbçiləri tərəfindən müşaiyət edilib.
Racava bölgəsi («Suriya Kürdüstanı») - Suriyanın tərkibində kürd təsisatı kimi təqdim olunur. «İnterfaks» agentliyinin məlumatına görə, onun yaradılması 2016-cı ilin martında elan edilib. Bölgəyə 3 əyalət daxildir: Cəzirə, Kobani və Afrin.


Şərhlər