“Serj Sərkisyana Qarabağla bağlı 15 gün vaxt verilib”. Axar.az xəbər verir ki, bu sensasiyalı iddia ilə Ermənistan mətbuatı çıxış edib. Mətbuat Moskvanın Qarabağa sülhməramlılar yeridəcəyini bildirib:“Serj Sərkisyana Qarabağla bağlı 15 gün vaxt verilib. Bu vaxt ərzində o, mühüm dəyərləndirmələr etməlidir. Görünür, Moskva və ya hansısa başqa yerdə Sərkisyanı yaman qorxudublar. Ruslar Qarabağa sülhməramlıları yeritməklə məsələni həll etməyə çalışırlar. Bunun üçün çoxdan şans yaranıb. Öncə Rusiya Azərbaycanla ABŞ-ın əlaqələrinə zərbə vurur, Minsk qrupu formatını dağıdır, Ankara və Bakını özünə müttəfiq seçir. Əslində, sülhməramlıların burada yerləşdirilməsi Avrasiya İqtisadi Birliyi haqqında müqavilədən öncə olmalı idi. Amma məsələni Uorlik Kəlbəcər və Laçına səfərlə pozdu. Ardınca isə “B” planı işə düşdü. Cəbhədə gərginlik qaldırılacaq və Ermənistan Rusiyaya Qarabağa sülhməramlıları yeritmək üçün müraciət edəcək. Əliyev və Nazarbayev Qarabağla bağlı qərar üçün 1 iyula qədər ona vaxt veriblər. Sərkisyan qərar verməlidir".
"Əliyev Qarabağı qaytarmaq üçün Sərkisyanaa vaxt verib"- Ermənistan KİV-i
30.05.2014, 01:03
Şərhlər