Menu

Fəhlə asfaltçəkən maşının altında qalaraq ölüb - Yevlaxda bədbəxt hadisə

02.04.2017, 01:01
Fəhlə asfaltçəkən maşının altında qalaraq ölüb - Yevlaxda bədbəxt hadisə

Yevlax rayonunun Aran qəsəbəsində 1 nəfərin ölümü ilə nəticələnən bədbəxt hadisə baş verib.

“Report”un Qərb bürosu xəbər verir ki, rayonda yol çəkilişi zamanı 59 yaşlı Zaqatala sakini ehtiyatsızlıqdan asfalt hamarlayan texnikanın altına düşüb.

Ağır xəsarət alan Elxan İmanov hadisə yerində dünyasını dəyişib.

Faktla bağlı araşdırma aparılır.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol