«AzPolitika.info»-nun xarici KİV-ə istinadla yaydığı xəbərə görə, Amerikalı numizmat Di Brent Poqun kolleksiyasından növbəti, 1804-cü ilin gümüş sikkəsi hərracda 3,3 milyon dollara satılıb. Əvvəlcə o, sikkəni 10 milyon dollardan yuxarı qiymətə satmaq istəsə də, bu məbləği verən tapılmayıb.
Poqun, 1790-184-cı illərdə kəsilmiş ABŞ sikkələrindən ibarət kolleksiyası ona rekord məbləğdə qazanc gətirib - 106,7 milyon dollar!
«ABC» telekanalı xəbər verir ki, martın 31-də keçirilmiş hərracda ən baha «lot» 1804-cü ilin gümüş sikkəsi olub.
Son hərracda digər nadir ekzemplyarlar da satılıb. Məsələn, 1811-ci ilin yarım sentlik sikkəsi 998 min 750 dollara, 1793-cü ilin bir sentlik sikkəsi isə 940 min dollara satılıb.


Şərhlər