Menu

İsveçli deputat ölkəsinin Aİ-dan çıxacağına ümid edir! - «Bir udum təmiz hava…»

02.04.2017, 15:36

avropa komissiyasiAzPolitika.info xarici KİV-ə istinadla xəbər verir ki, «İsveç demokratları» partiyasından olan deputat Piter Langern bəyan edib ki, ölkəsi Böyük Britaniyanın yolu ilə getməyə - 2020-ci ildə Avropa İttifaqının (Aİ) tərkibindən çıxmağa hazırdır. Onun sözlərinə görə, bu hadisə referendumun köməyi ilə baş tutacaq.

Bundan əvvəl deputat Piter Langern «Brexit»i «bir udum təmiz hava» adlandırmışdı.

«İsveç siyasətçiləri uzun müddət ərzində sadəlövhlük ediblər. İndi isə «başını quma soxmaq» o qədər də yaxşı qərar deyil. Bizim partiyamız referendumda İsveçin Aİ-dan çıxması məsələsini qoyacaq. Sonra, mən əminəm ki, biz, Böyük Britaniyanın nümunəsini təkrar edəcəyik» -deyə, Langern bəyan edib.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol