Menu

ANS AVROPA MƏHKƏMƏSİNƏ ŞİKAYƏT ETDİ!  - "Heç nə bitməyib"

03.04.2017, 15:10

_91323799_2016-09-21-photo-00000043 (1)ANS telekanalının rəhbərliyi Avropa İnsan Hüquqları Məhkəməsinə şikayət edib. Şikayətdə telekanalın lisenziyasının ləğvi barədə yerli məhkəmələrin qərarlarının qanunsuz və əsassız olduğu göstərilib. Eyni zamanda, ANS-ə münasibətdə Avropa Konvensiyasının 6 (ədalətli məhkəmə araşdırması hüququ) və 10-cu (fikri ifadə etmək azadlığı) maddələrinin tanınması xahiş olunub.

Milli Televiziya və Radio Şurası (MTRŞ) Türkiyədə 15 iyul hadisələrindən sonra ANS-in efirində Fethullah Gülenin müdafiəsinə yönəlik, terrora çağırış xarakterli materialların yayımlandığını iddia edərək, 18 iyul 2016-cı ildə saat 18:30-dan etibarən bu kanalın yayımını dayandırıb. Şura daha sonra ANS-ə 25 oktyabr 2013-cü ildə verilmiş lisenziyanın ləğvi üçün məhkəməyə müraciət edib. Məhkəmə iddianı təmin edib. Ali Məhkəmə də bu qərarı qüvvədə saxlayıb. ANS rəhbərliyi həmin qərardan Avropa Məhkəməsinə şikayət edib.

Teleradio Şurası «ANS-ÇM» radiosunun da lisenziyasını ləğv edib.

ANS rəhbərliyi hesab edir ki, telekanalda terrorçuluğun təbliği barədə iddiaların heç bir əsası yoxdur. /"Azadlıq Radiosu"

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol