Menu

Moskvada terror təhlükəsi - Şübhəli çanta aşkar edildi

04.04.2017, 14:58
Moskvada terror təhlükəsi - Şübhəli çanta aşkar edildi

Moskvanın cənub-şərqində xəttdə olan elektrik qatarı şübhəli çanta aşkar edildiyindən dərhal depoya göndərilib. Trend-in məlumatına görə, bu barədə paytaxtın Fövqəladə Xidmət əməkdaşı məlumat verib.

Xidmətin əməkdaşının sözlərinə görə, şübhəli çanta "Lyublino" stansiyasında "Qolıtsino-Podols" elektrik qatarının üçüncü vaqonunda aşkar edilib: "Qatar yoxlanılmaq üşün depoya göndərilib. 80 nəfər təxliyə edilib".

Qeyd edək ki, ötən gün Sankt-Peterburq metrosunda baş vermiş partlayış nəticəsində həlak olanların sayı 14 nəfərə çatıb.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol