Menu

Putin ABŞ-ın Suriyanı bombalamasını təcavüz adlandırdı

07.04.2017, 10:24

PUTIN1479881783Rusiya Federasiyasının prezidenti Vladimir Putin ABŞ-ın Suriyanı bombalamasını təcavüz adlandırıb.

“Report” “RİA Novosti”yə istinadən xəbər verir ki, bunu Rusiya prezidentinin mətbuat katibi Dmitri Peskov bildirib.

“Vladimir Putinin qənaətincə, terrorçuların kimyəvi silahdan istifadə etməsi faktlarının təhrif edilməsi mövcud şəraiti daha da dərinləşdirir”, - deyə Peskov vurğulayıb.

Onun sözlərinə əsasən, Rusiya prezidenti Suriya ordusunun kimyəvi silah ehtiyatının olmadığını bildirib.

Qeyd edək ki, ABŞ Suriyanın Homs bölgəsində Bəşşar Əsəd rejiminə aid hərbi aviabazasına Aralıq dənizindəki gəmilərdən təqribən 59 "Tomahawk" tipli raket buraxıb. İlkin məlumata görə, hava zərbələri nəticəsində 5 nəfər ölüb.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol