Menu

"ABŞ Əsədə Səddam modeli hazırlayır" - İran

07.04.2017, 21:30
"ABŞ Əsədə Səddam modeli hazırlayır" - İran

"ABŞ 80-ci illərdə İraqın keçmiş lideri Səddam Hüseynin İrana qarşı kimyəvi silahdan istifadə etməsinə şərait yaratdı".

Axar.az xəbər verir ki, bu sözləri İranın Xarici İşlər naziri Məhəmməd Cavad Zərif şəxsi Tvitter hesabında yazıb.

“ABŞ əvvəllər Əl Qaidənin, indi isə İŞİD-in yanında olduğunu göstərdi. Bu ölkə 2003-cü ildə İraqa, növbəti dəfə isə Suriyaya “kimyəvi silahdan istifadə olunması” bəhanəsi ilə hücum etdi”, - Zərif qeyd edib.

Xatırladaq ki, ABŞ Suriyanın Şayrat aviabazasını bombardman edib.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol