«AzPolitika.info» Cənubi Koreyanın «Ryonxan» agentliyinə istinadla xəbər verir ki, Koreya Xalq Demokratik Respublikası (KXDR) yeni ballistik raket sınağı keçirməyə hazırlaşır. Gözlənildiyi kimi, sınaq Şimali Koreyanın qurucusu Kim İr Senin yubiley günündə - aprelin 15-də baş verəcək.
Xatırladaq ki, KXDR-nın bundan əvvəlki hər raket sınağı dünya ictimaiyyətinin qızğın reaksiyasına səbəb olub, çünki Pxenyan öz hərəkətləri ilə Birləşmiş Millətlər Təşkilatı Təhlükəsizlik Şurasının (BMT TŞ) tələblərini pozur.
Bundan əvvəl Ağ evin nümayəndələri bəyan ediblər ki, KXDR-nın ixtiyari addımına hazırdırlar və mütləq ona cavab veriləcək.


Şərhlər