DEPO rəisi vəzifəsinə Tağı Əhmədovun vəzifədən uzaqlaşdırdıgı şəxs gətirildi
Bakı Metropolitenində əhəmiyyətinə görə birinci, işçilərinin sayına görə isə 2-ci sayılan Nəriman Nərimanov adına DEPO-nun rəisi Vaqif Hüseynov vəzifəsindən azad edilib. Azpolitika.info-nun əldə etdiyi məlumata görə, Tağı Əhmədovun kadrı və ona yaxın şəxslərdən sayılan V.Hüseynovun yerinə artıq yeni rəis də təyin olunub.
Bununla da metropolitendə T.Əhmədovun kadrları sayılan şəxslərin vəzifədən kənarlaşdırılması prosesinin bir an da dayanmadığı öz təsdiqini bir daha tapmış olur. Həmin vəzifəyə isə T.Əhmədovun bir vaxtlar baş mühəndis vəzifəsindən kənarlaşdıraraq əhəmiyyətsiz sayıla biləcək bir vəzifəyə keçirdiyi Zöhrab Mirzəyev təyin olunub.
V.Hüseynovun uzun müddət bu vəzifədə oturduğu və “bəs deyincə” bəhrələndiyi deyilir. Tağı Əhmədov kimi onun da fəaliyyətinin araşdırılacagı isə istisna olunmur.
Tahir M

Şərhlər