«AzPolitika.info»-nun «Anadolu» agentliyinə istinadla verdiyi xəbərə görə, aprelin 4-də İblib əyalətində kimyəvi silahdan imstifadə etdiyi üçün, Türkiyə Prezidenti R.T.Ərdoğan Rusiyanı Bəşər Əsədə yönəlik mövqeyini dəyişməyə və Suriya məsələsində ABŞ-n mövqeinə qoşulmağa çağırıb.
«Biz, ümid edirik ki, bu, təkcə ABŞ-n fəaliyyəti ilə məhdudlaşmayacaq - Rusiya da bu fəaliyyətə qoşulacaq və ya heç olmasa, Əsədi müdafiə etməyə son qoyacaq» - deyə, Ərdoğan bəyan edib və Bəşər Əsədi «şər» adlandırıb.
Türkiyə Prezidenti əlavə edib ki, Əsədin qeyd-şərtsiz dəstəklənməsinin mümkünsüzlüyü barədə Kremlin bəyanatını alqışlayır: «Di gəlin, bunu tezləşdirək. Gəlin bu şərdən xilas olaq».


Şərhlər