«AzPolitika.info»-nun Rusiya KİV-ə istinadla verdiyi xəbərə görə, Yakutiyada (Rusiya Federasiyası) hakimiyyət əleyhinə mitinq keçirilib. «Vostok.Today» nəşrinin məlumatına görə, tədbirdə 2 mindən artıq insan iştirak edib.
Mənbə yazır ki, bölgənin hakimiyyət dairələri respublika sakinlərinin «saqqızını oğurlamağa» cəhd göstərib. İlk olaraq, aksiyanın təşkilatçıları insanları respublikanın başçısı Yeqor Borisova qarşı mitinqə toplayıblar. Amma yerli hakimiyyət rəsmi xəbər yayıb ki, tədbir guya, təbii ehtiyatların qorunması və istifadə olunması məsələlərinə həsr olunur. Kiçik anlaşılmazlığa baxmayaraq, şahidlərin hesablamalına görə, tədbir 2 min nəfərdən artıq insanı bir araya toplayıb.
«Bəli, xalqı bu dərəcəyə çatdırdılar - inqilaba lap az qalıb» - iştirakçılardan biri qeyd edib. Kütləvi informasiya vsitələrinin (KİV) məlumatına görə, mitinqin gedişi zamanı polis gənc iqtirakçıları nəzarət altına alıb, onların şəklini içəkib.
Maraqlıdır ki, mitinqin təşkilatçılarından biri olan Afanasi Maksimov tədbirdə iştirak etməyib. Şahidlər hesab edirlər ki, ona təsir göstərilib. Bu barədə Maksimovun özü də məlumat verib.
Onun sözlərinə görə, tədbir ərəfəsində təşkilatçıları qorxudaraq, polisə gəlməyi və hansısa «kağıza qol çəkməyi» onlardan tələb ediblər.
Aksiyanın gedişində saxlanılanlar barədə xəbər verilmir.


Şərhlər