AKP-nin II şəxsi Ərdoğanın namizəd olacağını açıqlayıb
Türkiyənin hakim Ədalət və İnkişaf Partiyasının (AKP) ikinci şəxsi Mehmet Əli Şahin Rəcəb Tayyib Ərdoğanın prezident seşkisində namizəd olacağını rəsmən açıqlayıb.
ANS PRESS-in məlumatına görə, Mehmet Əli Şahin Ərdoğanın 2023-cü ilə qədər prezident olacağını sözlərinə əlavə edib:
"Ərdoğan bu millətə xidmət etməkdə davam edəcək. Həm də prezident olaraq xidmətini davam etdirəcək"
AKP fünksioneri Türkiyə konstitusiyasının dəyişdiriləcəyi mesajını da verib:
"2015-ci il seçkilərində AKP parlamentdə daha çox yerlə təmsil olunacaq. Bundan sonra konstitusiyanı dəyişdirib, Türkiyədə prezident idarəetməsi yaradılacaq. Beləcə prezident olacaq Ərdoğan eyni zamanda partiya mənsubiyyəti daşıyan şəxs olaraq 2023-cü ilə qədər Türkiyəyə xidmət edəcək".


Şərhlər