Menu

Erməni iştirakçı azərbaycanlı qıza dəstək oldu - VİDEO

12.04.2017, 21:29
Erməni iştirakçı azərbaycanlı qıza dəstək oldu - VİDEO

Rusiyanın "Tı super" layihəsinə qatılan 15 yaşlı erməni Anqelina Papikyan açıqlaması ilə hər kəsi təəccübləndirib.

Day.az xəbər verir ki, yarışmaya Ermənistanın Gümrü şəhərindən qatılan Papikyanın ifası bəyənilməyib və o, növbəti mərhələyə vəsiqə qazana bilməyib.

Erməni mətbuatına açıqlama verən Anqelina yarışmada azərbaycanlı ifaçı Pərvanənin qalib gəlməsini istədiyini deyib. O, Pərvanə ilə rəfiqə olduğunu, onu çox sevdiyini söyləyib.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol