Ukraynanın sərhəd xidməti deyir ki, ölkənin şərqindəki düşərgəyə yaraqlılar hücum edib, bir neçə əsgər yaralanıb.
Azadliq Radiosunun məlumatına görə, yayılan bəyanatda 100 silahlının iyunun 2-də səhər saatlarında Luqanskdakı sərhəd mühafizə düşərgəsinə hücum etdiyi bildirilir. Atışma olub. Ukrayna qırıcı təyyarəsi köməyə çağırılıb. Sərhəd xidməti hücumçuların sayının 200-ə çatdığını deyir.
Hazırda atışma gedir.
Ötən həftə rusiyayönlü separatçılar Donetsk aeroportuna hücum ediblər. Ukraynanın bir hərbi təyyarəsi vurulub, 14 əsgər ölüb.


Şərhlər