«AzPolitika.info»-nun xarici KİV-ə istinadla verdiyi xəbərə görə, Suriyanın Prezidenti Bəşər Əsəd «France-Presse» agentliyinə (AFR) verdiyi müsahibədə bəyan edib ki, Suriya hakimiyyətinin əlində daha kimyəvi silah yoxdur.
O, təsdiqləyib ki, Dəməşqin «ehtimal olunan» kimyəvi hücumla heç bir əlaqəsi yoxdur və ABŞ-;n bu ittihamı «tamamilə uydurmadır».
«Belə təsəvvür yaranır ki, terrorçuların «silahdaşı» olan Birləşmiş Ştatlar bütün bu «tarixçə»ni ona görə uydurub ki, Suriyanın aviabazasına zərbə endirmək üçün əlində bəhanə olsun» - deyə, Əsəd qeyd edib.
«Biz, kimyəvi silaha malik deyilik. Bir neçə il bundan əvvəl bütün ehtiyatlarımızdan imtina etmişik. Hətta belə silahımız olsaydı da biz, heç vaxt ondan istifadə etməzdik» - Əsəd bildirib.


Şərhlər