Menu

“Turan Tovuz” çempion oldu

14.04.2017, 21:42
“Turan Tovuz” çempion oldu

Futbol üzrə Azərbaycan Birinci Divizionunda 24-cü tura yekun vurulub. Futbolxeber.az-ın məlumatına görə, keçirilən “Zaqatala” - “Səbail” (1:1) matçından sonra bu liqanın çempionu müəyyənləşib.

Zaqataladakı oyundan sonra “Turan Tovuz” sona 2 tur qalmış birinciliyi təmin edib. Hazırda Tovuz klubu ilə ən yaxın təqibçisi “Səbail” arasında 6 xal fərqi var. Bakı təmsilçisinin bu fərqi qapatmaq imkanı olsa da, şəxsi oyunlardakı üstünlük tovuzluları erkən çempion edib.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol