Menu

“Neftçi” çempionatın autsayderini darmadağın edib

15.04.2017, 21:47
“Neftçi” çempionatın autsayderini darmadağın edib

Futbol üzrə Azərbaycan Premyer Liqasında XXVI turun daha bir oyunu keçirilib.

"Report"un məlumatına görə, son 2 pillədə gedən "Neftçi" və AZAL komandaları "Bakcell Arena"da üz-üzə gəlib.

Görüş meydan sahiblərinin böyükhesablı qələbəsi ilə yekunlaşıb. İlk yarıda 3 qol vuran flaqman oyunda son nöqtəni ikinci hissənin əvvəllərində qoyub. Qonaq komandadan isə Nuqzar Kvirtiya penaltidən təsəlli qolunu vura bilməyib.

Bununla da "Neftçi" xallarını 29-a çatdıraraq, ən azı bir günlük 6-cı pilləyə yüksəlib. AZAL isə 10 xalla 8-ci pillədə qalıb.

Azərbaycan Premyer Liqası, XXVI tur

15 aprel (şənbə)

18:30 "Neftçi” – AZAL - 4:0

Hakimlər: Orxan Məmmədov, Knyaz Əmiraslanov, Vüsal Qənbərov, Fariz Yusifov

AFFA nümayəndəsi: Ramiz Mustafayev

Hakim-inspektor: Əhmədağa Cabbarov

"Bakcell Arena”

İlk üç dövrə - 2:0, 0:1, 1:0

Günün ilk matçında "Sumqayıt"la "Zirə" heç-heçə edib - 1:1. Tura aprelin 16-da "Kəpəz" - "Qəbələ" və "İnter" - "Qarabağ" matçları ilə yekun vurulacaq.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol