Menu

Bakıda evdən pul və zinət əşyaları oğurlanıb

16.04.2017, 15:20

basqinsdjjsdhcuhBakıda evdən pul və zinət əşyaları oğurlanıb.

"Report" xəbər verir ki, hadisə Sabunçu rayonunun Sabunçu qəsəbəsində qeydə alınıb.

Belə ki, qəsəbənin Y. Saratov küçəsində yaşayan 1966-cı il təvəllüdlü Nailə Hüseynovanın evinin pəncərəsinin dəmir barmaqlığı açılıb və evə daxil olma yolu ilə 2000 manat, habelə 2000 manat dəyərində qızıl-zinət əşyaları oğurlanıb.

Fakta bağlı hüqquq-mühafizə orqanları tərəfindən araşdırmalar aparılır.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol