“Pxenyan növbəti təxribata əl atsa, Koreya Respublikası və ABŞ təsirli cəza tədbirləri görəcək”.
APA-nın “RİA Novosti”yə istinadən verdiyi məlumata görə, bunu Cənubi Koreya baş naziri, prezidentin səlahiyyətlərini icra edən Xvan Qyö An ABŞ-ın vitse-prezidenti Mayk Penslə görüşdən sonra yerli “Yonhap” agentliyinə müsahibəsində deyib.
Baş nazir həmçinin bildirib ki, ABŞ vitse-prezidenti ilə THAAD ballistik raketlər əleyhinə sisteminin yerləşdirilməsi və istismara verilməsi barədə razılığa gəlib: “Koreya-Amerika alyansı Koreya yarımadasında və Şimal-Şərqi Asiyada sülhün dayağıdır”.


Şərhlər