Menu

Müəllim şagirdləri döydü - VİDEO

18.04.2017, 10:04
Müəllim şagirdləri döydü - VİDEO

Tovuzun Qalaboynu kəndində müəllimin şagirdi döyməsi telefonla çəkilib.

Xezerxeber-in yayımladığı sujetdə bildirilir ki, yayılan videoda müəllim şagirdi küncə sıxışdıraraq döyür, uşağın yalvarmasına belə məhəl qoymur. Daha sonra başqa bir şagirdi döyür.

Şagirdlərə qarşı zorakılıq edən hərbi hazırlıq müəllimi Mövsüm Sadıqovdur. O telekanala açıqlamasında isə görüntülərin montaj olduğunu iddia edir. Mövsüm Sadıqov bildirib ki, o heç bir halda şagirdlərə zor tətbiq etmir.

Məsələ ilə bağlı Təhsil Nazirliyi hər hansı bir açıqlama verməyib.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol