Millət vəkili Rövşən Rzayev Şıxovda uçan keçidin atası mərhum prokuror Şükür Rzayevə məxsus olmasına aydınlıq gətirib.

O, AzVision.az-a açıqlamasında uçan keçidin onlara məxsus olmadığını bildirib.

“Qətiyyən mənə adiyyatı yoxdur. Heç kim də atamın adını istifadə etməsin, xahiş edirəm. Bu , mənə çox mənfi təsir edir. Mənim adımdan belə şeylər yazmasınlar, danışmasınlar”.

Qeyd edək ki, Şıxov qəsəbəsində uçan piyada keçidinin vaxtilə deputat Rövşən Rzayevin atası, mərhum prokuror Şükür Rzayeva məxsus olduğu bildirilir.