“Hacıbala müəllimin indiyə kimi bu cür danışdığını görən olmayıb”.Bunu Axar.az-a Bakı Şəhər İcra Hakimiyyəti mətbuat xidmətinin əməkdaşı BŞİH başçısı Hacıbala Abutalıbovun dünən keçirdiyi görüşdə məcburi köçkünlərə təhqiramiz sözlər işlətməsi ilə bağlı danışarkən bildirilib.
O, belə bir hadisənin baş verməsini mümkünsüz sayıb: “Bizdə bununla bağlı məlumat yoxdur, amma belə bir şey ola bilməz. Hacıbala müəllim neçə illərdir bu vəzifədədir, indiyə kimi onun bu cür danışdığı görülməyib. Yazanda da heç olmasa gərək düzgün yazsınlar. Bu axı absurddur”.
Qeyd edək ki, yayılan məlumata görə, dünən Bakı şəhər İcra Hakimiyyətinin başçısı Hacıbala Abutalıbov Binəqədi rayonunda 6 rayonun qaçqın və köçkün ailələri ilə görüş keçirib və qaçqın və köçkün ailələrini ağır şəkildə təhqir edib.
BŞİH başçısı hətta “Siz qaçqınlar kişi deyilsiniz. Kişi olsaydınız, torpağınızı verib üstümüzə gəlməzdiniz. Sizinlə arvadlarınız arasında fərq yoxdur. Sizin Bakıya buraxılmanız kökündən yanlış olub”, – kimi ifadələr də işlədib.
Sonda isə polis münaqişəyə müdaxilə edib.

Şərhlər