Menu

Ramil Şeydayev Slovakiya çempionu adını qazanıb

23.04.2017, 23:26
Ramil Şeydayev Slovakiya çempionu adını qazanıb

Futbol üzrə Slovakiya Fortuna Liqasında XXVIII turun oyunları keçirilib.

Azərbaycan yığmasının hücumçusu Ramil Şeydayevin komandası – “Jilina” da növbəti matçına çıxıb.

Sözügedən klub səfərdə Bratislava "Slovan"ı ilə qarşılaşıb. Futbolçumuzun komandası bu oyundan qələbə ilə ayrılıb - 1:0. Şeydayev bu qarşılaşmaya start heyətlə başlayıb və 90+3-cü dəqiqədə əvəzlənib. O, 65-ci dəqiqədə sarı vərəqə ilə də cəzalanıb.

Bu qələbə Şeydayevi "Jilina"nın çempionluğu təmin etməsi üçün də yetərli olub. Belə ki, mövsümün sonuna 5 tur qalmış "Jilina" 61 xalla çempionatın vahid lideridir. Bu komandanın əsas izləyicisi "Slovan" isə 48 xala malikdi.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol