Menu

Rusiya və Fələstin Prezidentləri görüşəcəklər - Soçidə

24.04.2017, 13:31
Rusiya və Fələstin Prezidentləri görüşəcəklər - Soçidə

AzPolitika.info Rusiya KİV-ə istinadla xəbər verir ki, may ayının 11-də Soçidə Rusiya Federasiyasının Prezidenti Vladimir Putinlə Fələstin Prezidenti Mahmud Abbas arasında görüş keçiriləcək. Görüşdə Fələstin-İsrail birbaşa danışıqlarının perspektivləri müzakirə olunacaq.

Gözlənilən yüksək səviyyəli təmaslara hazırlıq barədə məlumatı «İzvestiya» qəzetinə Rusiya Prezidentinin mətbuat katibi Dmitri Peskov təsdiqləyib.

Qəzetin məlumatına görə, Fələstin Prezidentinin bu səfəri 3 gün çəkəcək. Prezidentlər, Moskvada keçiriləcəyi gözlənilən Fələstin-İsrail birbaşa danışıqlarının perspektivlərini müzakirə edəcəklər.

Xəbər verilir ki, Mahmud Abbas Rusiyaya səfər etməzdən əvvəl Amerika Birləşmiş Ştatlarının (ABŞ) Prezidenti Donald Trampla görüşəcək.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol