Menu

Baş nazirin korteji iki yeniyetməni vurdu - Biri öldü

25.04.2017, 09:44
Baş nazirin korteji iki yeniyetməni vurdu - Biri öldü

Haitinin baş nazirin Jak Qi Lafontanın korteji iki yeniyetməni vurub.

Trend-in RİA Novosti-yə istinadən verdiyi xəbərə görə, qəzaya düşən yeniyetmələrdən biri biri xəstəxanaya çatdırılarkən yolda vəfat edib.

Hadisə ölkənin cənub-qərbində Le-Kе şəhərində baş verib. Məlumata görə, qəza yeniyetmələr motosikletlə hərəkət edərkən baş verib. Yaralı gənci vertolyotla ölkənin paytaxtı Port-o-prensə gətirilib

Kortej hadisədən sonra hərəkətini dayandırmayıb. Bu, yerli sakinlərin qəzəbinə səbəb olub, onlar etiraz olaraq avtomobil şinləri yandırmağa başlayıblar.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol