Menu

KXDR ABŞ hərbçilərini məhv edəcəyini deyir - Sonuncu nəfərinə qədər!

25.04.2017, 17:52
KXDR ABŞ hərbçilərini məhv edəcəyini deyir - Sonuncu nəfərinə qədər!

AzPolitika.info xarici KİV-ə istinadla xəbər verir ki, Koreya Xalq Demokratik Respublikası (KXDR) Amerika Birləşmiş Ştatlarının (ABŞ) hərbçilərini sonuncu nəfərinə qədər məhv edəcəyi ilə hədələyir. Şimali Koreya nəşrləri yazırlar ki, ballistik raketlər KXDR-nın düşmənlərini harada olsalar da, haqlayacaq.

KXDR-nın hökumət qəzeti «Mincu Çoson»nun dərc etdiyi materialda ölkə hakimiyyəti Şimali Amerika kontinentini radioaktiv külə döndərəcəyini vəd edir.

«Amerikalıların heç təsəvvür də edə bilmədikləri «Çuçxe» silahı ABŞ və və onun oyuncaqlarının ordusunu sonuncu nəfərinə qədər məhv edəcək. Odur ki, təslim aktını imzalamağa adamları da tapılmayacaq» - deyə, həmin məqalədə bəyan olunur.

Məqalə müəlifləri əlavə edirlər ki, «təcavüzkar harada olsa belə, heç vaxt nüvə zərbəsindən yayına bilməyəcək - Koreya yarımadasında, Sakit okeandakı hərbi bazalarda və ya okeanın o tayındakı Şimali Amerika kontinentində…».

«Yaxşı olardı ki, Tramp administrasiyası özünü ehtiyatlı aparsın» - deyə, «Mincu Çoson» xəbərdarlıq edir.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol